Bu şadlıq sarayında saxta araqlar verilirmiş - FOTO
329
13:00, Bu gün

Bu şadlıq sarayında saxta araqlar verilirmiş - FOTO

Lənkəranda “Ağ Saray” şadlıq evində mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhəri, Füzuli küçəsində fəaliyyət göstərən, Ağayev Əli Hacıağa oğluna məxsus “Ağ Saray” şadlıq evində yoxlama keçirib.
 
Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş “Organic Ultra” əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb. 
 
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Məhsulların istifadəsı məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər