Quba-Qonaqkənd yolu sürüşdü: 25 kəndlə əlaqə kəsildi - FOTO
335
11:55, Bu gün

Quba-Qonaqkənd yolu sürüşdü: 25 kəndlə əlaqə kəsildi - FOTO

Quba-Qonaqkənd yolu torpaq sürüşməsi ilə əlaqədar bağlanıb.
 
Moderator.az xəbər verir ki, yolun 42-ci kilometrliyində baş verən sürüşmə nəticəsində dörd inzibati ərazi dairəsinə aid 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
 
Quba Rayon İcra Hakimiyəti başçısının müavini Tariyel İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yolun təxminən bir kilometrlik hissəsi suürüşmə nəticəsində tamamilə dağılaraq keçilməz hala düşüb. Həmçinin ərazidəki qaz və rabitə xətləri də sıradan çıxıb. Bu gün səhər saatlarından başlayan sürüşmə prosesi hələ də davam edir. Nəqliyyat əlaqəsi kəsilən kəndlərdə 11 mindən çox əhali yaşayır.
 
Əraziyə Quba Fövqəladə Hallar Komissiyasının və digər müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunublar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər