Ülviyyə Əliyeva vəzifəsindən AZAD EDİLDİ – FOTO
296
14:45, Bu gün

Ülviyyə Əliyeva vəzifəsindən AZAD EDİLDİ – FOTO

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.
 
Bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Başçının müavini – Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.
 
Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib. /İqtisadiyyat.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər