540
14:07, Bu gün

"Silahları yerə qoyun": Roma Papası ilk Pasxa müraciətində dünyaya sülh mesajı verdi - BBC

 
"Vatikan rəhbəri müharibələrdən yorulan dünyanı "sülh yolunu seçməyə" səsləyib..."
 
Bazar günü Müqəddəs Pyotr meydanı minlərlə möminin toplaşdığı məkana çevrilib. İnsanlar Vatikanda yeni pontifik kimi ilk Pasxa müraciətini edən Papa XIV Levi dinləmək üçün bir araya gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Vatikanın ürəyindən səslənən çağırış
 
Müqəddəs Pyotr Bazilikasının mərkəzi eyvanında, ağ güllərlə əhatə olunmuş şəkildə çıxış edən papa dünyada müharibə qərarlarını verənlərə birbaşa müraciət edib. O, onları "sülh yolunu seçməyə" çağırıb.
Papa çıxışında vurğulayıb ki, Pasxa kimi müqəddəs bir gündə insanlıq qarşıdurma, hökmranlıq və güc ehtirasından imtina etməlidir: "Bu bayram günündə gəlin münaqişəyə meyli kənara qoyaq və müharibələrdən əziyyət çəkən dünyaya Allahın sülh bəxş etməsi üçün dua edək".
 
"Biz zorakılığa alışırıq" - təhlükəli laqeydlik xəbərdarlığı
 
Ənənəvi Urbi et Orbi ("Şəhərə və dünyaya") xeyir-duası zamanı Papa IV Lev daha sərt mesaj verib. O, bəşəriyyətin getdikcə zorakılığa öyrəşdiyini və bunun təhlükəli bir laqeydliyə çevrildiyini bildirib. Onun sözlərinə görə, insanlar minlərlə insanın ölümünə qarşı artıq əvvəlki kimi həssas deyil: "Biz zorakılığa alışırıq, onunla barışırıq və nəticədə laqeyd oluruq".
Papa bu kontekstdə açıq çağırış edib: silahı olanlar onu yerə qoymalı, müharibə başlatmaq gücünə malik olanlar isə sülh yolunu seçməlidir. Pasxa mərasimi münasibətilə meydan bahar çiçəkləri ilə bəzədilib - nərgizlər, eləcə də minlərlə bənövşəyi, qırmızı və ağ güllər bu dini mərasimə xüsusi rəng qatıb.
 
Müharibələrə qarşı ardıcıl mövqe və siyasi mesajlar
 
ABŞ-da doğulmuş tarixdə ilk papa olan XIV Lev son aylarda qlobal münaqişələrin ən sərt tənqidçilərindən birinə çevrilib. O, xüsusilə Yaxın Şərqdəki müharibələrə qarşı çıxaraq gərginliyin azaldılmasına çağırış edib.
 
Diqqət çəkən məqamlardan biri isə onun bu Pasxa müraciətində heç bir konkret ölkə və ya münaqişənin adını çəkməməsi olub. Bu, ənənədən müəyyən qədər kənara çıxmaq kimi qiymətləndirilir.
 
Papa eyni zamanda sələfi Papa Fransiski də yad edib. Fransisk ötən Pasxa bazar günü - ölümündən cəmi bir neçə saat əvvəl son müraciətini etmişdi.
XIV Lev yaxın planlarını da açıqlayıb: o, aprelin 11-də yenidən bazilikaya qayıdaraq sülh naminə dua mərasiminə rəhbərlik edəcək.
Son həftələrdə o, xüsusilə "Müqəddəs həftə" çıxışlarında dünyada artan müharibələr və insanların bu prosesə qarşı getdikcə daha laqeyd münasibəti barədə xəbərdarlıqlar edib.
 
Bununla yanaşı, papa ABŞ prezidenti Donald Trampla telefon danışığı da aparıb və onu İranla münaqişənin dayandırılması üçün çıxış yolu tapmağa çağırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər