Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp İranı ölkənin mülki infrastrukturunu məhv etməklə hədələyib.
Moderator.az xəbər verir ki, bu barədə Ağ Ev lideri "Truth Social" hesabında paylaşım edib.
Onun sözlərinə görə, ABŞ ordusu bu prosesə hələ başlamayıb:
"Növbəti mərhələdə hədəf körpülər, sonra isə elektrik stansiyaları olacaq! Hakimiyyətdəki yeni rejim nə etməli olduğunu bilir və bunu tez bir zamanda həyata keçirmək lazımdır!"
Xatırladaq ki, aprelin 2-də ABŞ və İsrailin hücumları nəticəsində Tehranın şimal-qərbində yerləşən Kərəc şəhərində İranın unikal mühəndislik konstruksiyalarından biri hesab edilən körpü dağıdılıb.