Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin "Terminal High Altitude Area Defense" (THAAD) raketdən müdafiə sisteminin bir hissəsi olan "AN/TPY-2" radarı İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına endirdiyi zərbə nəticəsində ciddi zədələnib.
Moderator.az xəbər verir ki, bu barədə CNN peyk görüntülərinin təhlilinə əsasən məlumat yayıb.
Bildirilib ki, şəkillərdə anten üzərində kömürləşmə əlamətləri görünür, böyük bir hissəsi isə məhv olub. Kanal zərbənin İranın ABŞ ordusunun raket və dronları aşkarlamaq və vurmaq qabiliyyətini məhdudlaşdırmaq planının bir hissəsi olduğunu izah edib.
Qeyd olunub ki, İslam Respublikası İordaniyada daha bir "AN/TPY-2"ni məhv etməyi və Qətərin təxminən 1 milyard dollar dəyərində erkən xəbərdarlıq sisteminə zərər verməyi bacarıb.