Gəncədə minik maşını mağazaya çırpıldı - FOTO
278
08:09, Bu gün

Gəncədə minik maşını mağazaya çırpıldı - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə bordürə, daha sonra isə yol kənarında yerləşən qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın daxilinə girib.
 
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və mağazaya ciddi ziyan dəyib.
 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər