UNEC-də
183
15:38, Bu gün

UNEC-də "Elm Günləri": Prezident İlham Əliyevin dil siyasəti milli kimliyimizin dayağıdır

“Elm Günləri” çərçivəsində UNEC-də növbəti tədbir “Prezident İlham Əliyevin dil siyasəti: Azərbaycan dili milli kimliyin, elmi düşüncənin və müasir inkişafın əsas dayağı kimi” mövzusunda olub.

Moderator.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan UNEC rektoru, professor Ədalət Muradov mövzu ilə bağlı çıxış edərək, dilin milli kimliyin qorunmasında, elmi fikrin formalaşmasında və cəmiyyətin inkişafındakı mühüm rolundan danışıb.

O, qeyd edib ki, qloballaşan dünyada Azərbaycan dilinin saflığının və zənginliyinin qorunması, onun elmi və akademik mühitdə daha geniş tətbiqi əsas məsələlərdən biridir:

“Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, suverenliyin əsas atributlarından biri də Azərbaycan dilidir. Dil hər bir xalqın milli kimliyini, mənəvi dəyərlərini, tarixini və mədəniyyətini yaşadan, onu gələcək nəsillərə ötürən ən mühüm amillərdən biridir. Azərbaycan dilində tədrisin cəlbediciliyinin artırılmasının vacibliyi cəmiyyətə anlaşıqlı və zəngin şəkildə çatdırılmalı, dilin imkanlarından daha geniş istifadə edilməlidir. Azərbaycan dili elmi düşüncə dilinə çevrilməli, bu dildə fundamental elmi əsərlər yazılmalı, yeni terminlər formalaşdırılmalı və dilimizin beynəlxalq elmi mühitdə mövqeyi daha da möhkəmləndirilməlidir”, – deyə rektor bildirib.

Prezident İlham Əliyevin dil siyasətindən söz açan akademik Nizami Cəfərov  dövlət başçısının Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, onun beynəlxalq səviyyədə tanıdılması və inkişafı istiqamətində həyata keçirdiyi islahatlara diqqət çəkib. O, ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını milli dilin inkişafında mühüm addım kimi qiymətləndirib.

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib. Universitetlərdə Azərbaycan dili kafedralarının yenidən təşkili, xarici dillərdən tərcümənin keyfiyyəti və s. məsələlərlə bağlı təkliflər səsləndirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər