“Eşref Rüya”nın aktyoru vəfat etdi- FOTO
315
08:50, Bu gün

“Eşref Rüya”nın aktyoru vəfat etdi- FOTO

Baş rollarda Çağatay Ulusoy və Demet Özdemirin çəkildiyi "Eşref Rüya" serialının aktyor heyətində yer alan Ramazan Tetikdən acı xəbər gəlib.
 
Moderator.az "Haberler.com"a istinadən xəbər verir ki, ürəktutmasından reanimasiya şöbəsinə yerləşdirilən 37 yaşlı aktyoru həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb.
 
Gənc yaşda dünyasını dəyişən Tetikin vəfatı ailəsini və sənət dünyasını yasa boğub.
 
"Eşref Rüya" serialının çəkiliş heyəti və aktyor həmkarları sosial media hesabları vasitəsilə başsağlığı mesajları yayımlayıblar.
 
Mərhumun dəfn mərasimi ilə bağlı detalların yaxın saatlarda dəqiqləşəcəyi gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər