Masallıda dəhşət: Baba və nəvəsi yanaraq öldü - FOTOLAR
248
14:45, Bu gün

Masallıda dəhşət: Baba və nəvəsi yanaraq öldü - FOTOLAR

Masallı rayonunda yanğın hadisəsi baş verib. 
 
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində fərdi yaşayış evində qeydə alınıb. 
 
Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
 
Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2024-cü il nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər