“Brilliant xanımla həyat yoldaşım danışır, narahat olmayın, sadəcə ona yalan xəbərlər çatdırırdılar” - FOTO+ÖZƏL
463
09:40, Bu gün

“Brilliant xanımla həyat yoldaşım danışır, narahat olmayın, sadəcə ona yalan xəbərlər çatdırırdılar” - FOTO+ÖZƏL

Tanınmış müğənni Səidə Dadaşovanın anası Sədaqət xanımla və xalaları ilə bir araya gəlməsi mətbuatda birmənalı qarşılanmayıb.
 
Moderator.az-a müsahibə verən müğənni bildirib ki, nə anasından, nə də xalası, xalq artisti Brilliant Dadaşovadan küsülü olmayıb. Bu görüşdə də tərəflər hər şeyi aydınlaşdırıblar:
“Mən atama bağlı qızam. Onun tərbiyəsi ilə həyatda addımlayıram. Onu da unutmuram ki, hələ mənim valideynim var. Bu da mənim anamdır. Ölümlü-itimli dünyadır. Heç kəs bilmir sabah başına nə gələcək? Sadəcə görüşməyə getdim, əlini öpdüm, qucaqladım. İnsanın valideyni dünyada olanda o özünü uşaq bilir. Mən hələ də övladam, uşağam. Mən bunu unutmuram. Hər şeyi bundan sonra öz axarına buraxıram. Onlar mənim doğmalarımdır. Atam həmişə deyərdi ki, “pisliyə pisliklə cavab vermə, amma sənə edilənləri də unutma”. Söhbət bizim ailəmizdən getmir, ümumiyyətlə danışıram. O deyirdi ki, kim sənə pislik edirsə həmişə edəcək, kim sənə ziyan vurubsa həmişə vuracaq. O insanlar illər keçsə də yenə də öz niyyətinə çatmaq üçün dondan-dona girəcəklər. Mən də kin saxlamıram, amma müəyyən şeyləri də unutmuram. Şükürlər olsun bu günümüzə. Xalq atdığım addımlardan xəbərdardır. Onlar mənim niyyətimi də bilirlər. Mən heç kimlə küsülü deyildim. Hələ ki, Brilliant xanımdan heç vaxt küsülü olmamışam. O həmişə xanım-xatunluğu ilə seçilib. Hər zaman bacılarına dəstəkdir, yanlarındadır. Hər birimizə dəstək göstərib. Oğlum Rafaeli də çox sevir. Artıq Brilliant xanım da bilir ki, nə yalandır, nə doğru?! Heç kim onun qulağını doldura bilməyəcək. Öz mənfəətlərini güdən insanlar kənarda qaldılar. Mən də illərdir bunu istəyirdim. Brilliant xanım zatən heç vaxt haqqımda pis düşünməyib. Mənə ziyan gətirən, mənfi enerji gətirən insanlardan uzaq olmuşam və həmişə də uzaq qaçacam. Allah atamın o dünyasını versin. Mən onun tərbiyəsini görmüşəm. Çox xoşbəxt övladam ki, göydə Allah, yerdə də mənim böyüyüm atam olub. Bilirəm ki, atamın da ruhu şaddır. Onun bütün etimadlarını doğruldacam. Məndə orta hədd yoxdur. Ya var, ya da yoxdur. Boğazdan yuxarı danışmıram. Dilimdə nədirsə, niyyətimdə də odur. Ailəmlə də, övladımla da xoşbəxtəm”.
Səidə həyat yoldaşı Məhəmmədlə xalası Brilliant Dadaşovanın münasibətinin olmaması söz-söhbətinə də aydınlıq gətirib:
 
“Maşallah, elə mehribandılar ki. Allahımıza and olsun. Məndən çox elə həyat yoldaşım Brilliant xanımla danışır. Heç kim narahat olmasın. Sosial şəbəkələrdə rəy yazanların əksəriyyəti bizi istəməyənlərdir. Amma hər kəs bilir ki, biz necə mehribanıq. Brilliant xanıma çoxlu dezinformasiya verirdilər. O çox ağıllı qadındır, hər şeyi bilir və başa düşür. Brilliant xanım Məhəmmədə deyir ki, “sən mənim yeznəmsən, yeznəm”. Həyatda halallıq yaxşı şeydir. Bizim münasibətimizdən heç kim narahat olmasın”, - deyə sənətçi bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər