Pediatr olan məşhur baş həkim qastroenteroloq işləyirmiş - Klinikada ciddi nöqsanlar aşkarlandı - FOTO
215
15:52, Bu gün

Pediatr olan məşhur baş həkim qastroenteroloq işləyirmiş - Klinikada ciddi nöqsanlar aşkarlandı - FOTO

Yasamal rayonu ərazisində yerləşən "Doktor Davud" klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

Moderator.az "Teleqraf"a istinadla xəbər verir ki, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixtisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub.

Belə ki, D.Qüdrətov ixtisasca pediatrdır, bu sahə üzrə sertifikasiyasından keçsə də, klinikaya müraciət edən xəstələrə qastroenteroloji tibbi xidmət göstərib.

Bundan başqa, yoxlama aparılarkən həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmayıb. Eyni zamanda lisenziyada əksini tapan ixtisas növləri - terapevtik, qastroenteroloji, nevropatoloji, ginekoloji işlər üzrə təqdim olunan davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilib.

Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı klinikada kliniki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmadığı üzə çıxıb.

Nazirlik tərəfindən "Doktor Davud" klinikası ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, tibb müəssisəsi 6 min manat cərimələnib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər