“Rasim Balayev məni ölümdən xilas etdi, dedi ki, Lətifə, özünü gözlə...” - xalq artisti GÖZ YAŞI tökdü - FOTO+ÖZƏL
858
14:49, Bu gün

“Rasim Balayev məni ölümdən xilas etdi, dedi ki, Lətifə, özünü gözlə...” - xalq artisti GÖZ YAŞI tökdü - FOTO+ÖZƏL

“Xəstə də olsam, ayaqlarımda problem də olsa Rasim Balayevin dəfninə getməli idim. Nə yaxşı ki, dünən gedə bildim. İzdiham əlindən aşağıda foyedə gözlədim. Ona son vəfa borcumu yerinə yetirdim. Allah ona qəni-qəni rəhmət eləsin. Özü də mənə yaxşı olub axı. Mənim yubileyim idi. Bir də gördüm ki, Rasim Balayev mənə bir hədiyyə suvenir və bir də şirvanın şirvan vaxtında pul gətirib. Teatrda səhnəyə çıxdı, məni təbrik etdi, qucaqlayıb öpdü və uğurlar arzu etdi. Mən onun bu diqqətini unuda bilmərəm. Sonralar da məni ara-sıra təbrik edirdi. O da ittifaqa sədr seçiləndə mən onu təbrikə getdim. Dedi ki, “ay Lətifə, nə əziyyət çəkmisən?”. O bu cür diqqətə layiq insan və şəxsiyyət idi”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Lətifə Əliyeva deyib.
O daha sonra əlavə edib:
 
“Dünən taksi ilə gələndə sürücü bildi ki, Rasim Balayevlə vida mərasiminə gedirəm. Maşına oturandan düz teatra çatana qədər danışmağa başladı. Onun rollarından, xasiyyətindən, insanlığından ürək dolusu danışdı. Bu şəxs qeyri-adi bir insan idi. Əvvələ bir kişi kimi o qeyri-adi idi. Yəni, çox tərbiyəli, çox səviyyəli, çox əxlaqlı, namuslu adam idi. Dünyanın nə gözəl kəlmələri varsa Rasim Balayeva aiddir. Mən belə düşünürəm. Yəqin ki, çoxları bunu düşünür. Sonra o gözəl aktyor idi. O hələ yaşasaydı yaşlı dövrünün klassik rollarını, xarici əsərləri, dünya ədəbiyyatından seçmə rollar oynaya bilərdi. Təki xəstə olmasaydı, gücü çata bilsəydi. O dünya aktyoru idi. Rasim Balayev təkcə Azərbaycandan yox, dünya ölkələrindən getdi. Mən onunla “Anikdot” filmində çəkilmişəm. Onun anası rolunu oynamışam. Uzaq yol getmişəm, Urmiyada “Divlər zindanı” filmində çəkilmişik. Yadımdadır, orada gedib 4 ay birlikdə qaldıq. Sonra yoldaşı da, balaları da gəlib 1 ay qaldılar. Onun necə qeyrətli oğul olduğunu mən orada da gördüm. İlahi, kişi xeylağında da bu cür ismət olarmı? Bu cür mədəniyyət olarmı? Bu cür qabiliyyət olarmı? O belə bir oğul idi. Mən onunla üç filmə çəkildim. “Lətifə” filmində də birlikdə səhnələrimiz var idi. Orda görürdü ki, mən çox həyəcanlanıram. Özümü həyəcanlandırırdım, axı mən Rasim Balayevlə çəkilirəm. O dedi ki, “Lətifə, özünü darıxdırma, səni bu rola istedadına görə çəkirlər”. Dedi ki, “bircə pəncərəyə çıxanda dizini gözlə ki, kəsməsin”. Yaxşı ki, mənə bunu dedi. Bunu bilməsəydim hoppananda dizlərim kəsilə bilərdi. Deməsəydi bəlkə də ölümlə üzləşərdim. Hətta “Girişmə öldürər” filmini xaricdə çəkirdik. Orada konfet almalı idik. Gördüm ki, mənim pulum az qalıb. Dedi ki, “Lətifə, neynirsən buranın konfetini alırsan? Bakının konfeti bundan yaxşıdır”. O əbədi qəlbimizdə yaşayacaq”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər