“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır, Rasimdən çox heyif, öləndən sonra tərifləyirlər” - ÖZƏL+FOTO
475
11:20, Bu gün

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır, Rasimdən çox heyif, öləndən sonra tərifləyirlər” - ÖZƏL+FOTO

“Biz Rasimlə çox işləmişik. Cəfər Cabbarlının “Aydın” tamaşasında o Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşa idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizim nəsil aktyorlar gedir. Gözləyirəm, gəlib hələ də vaxtım çatmır. Rasim yaxşı insan və oğlan idi. Elə istedadlar var ki, həyatda özünü çox pis insan kimi göstərir. Əlbəttə ki, onlar da öləndən sonra tərifləyəcəklər, bu məlumdur. Amma Rasim gözəl aktyor idisə, elə də insan idi. Onunla institutda da çalışmışam. Heyif ondan. Çox əziyyət çəkdi”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira Şabanova deyib.
O daha sonra əlavə edib:
 
“İstedadlı insanlar həyatdan köçür. Gənc sənətkarlar yaşayıb yaratsınlar. Bizim bəxtimiz gətirib ki, istedadlı müəllimlərlə işləmişik. Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov.. Mehdi Məmmədov Rasimgilin kursunun rəhbəri idi. Mən də yeni dərs deməyə gəlmişdim. Əliabbas Qədirov, Mikayıl Mirzə, Rasim Balayev kimi sənətkarlara dərs deyirdim. Mən Rasimdən təxminən 8 yaş böyükəm. Biz yaxşı dövrdə yaşamışıq. Rasim Balayev kinoittifaqda çalışdığı dövrlərdə xarici ölkələrə gedirdik, səfərlərimiz çox olurdu. İndi kinoittifaq yoxdur ki.. Rasim bu işə çox can yandırırdı..Mən də orada üzv idim. Söhbət 80-ci illərdən gedir. Bir müddət sonra məlum məsələlərə görə ordan çıxdım. Rasim də çox əziyyət çəkdi. Rasim yaradan aktyor idi”.
Elmira Şabanova bildirib ki, hər sənətkarın öz yolu, öz izi var:
 
“Bizim sənətdə hamı “yek”, ulduz olmaq istəyir. Ələxsus da aktrisalar. Azərbaycanda yalnız bunlar səs salmalı idilər. Qalan hər kəsə “padnoşka”verirdilər. Yuxarılarda heç vaxt adamım olmayıb. Nə qazanmışamsa öz gücümə qazanmışam. Bu gün efirlərə çıxmıram. Sağ olsunlar, dəvət edirlər. Mən əgər yox dedimsə demək ki, vəssəlam. Mənə elə gəlir ki, kanallar məndən inciyiblər. Çünki nə filmlərimi, nə televiziya tamaşalarımı göstərirlər. Göstərin də.. Özümlə qəbirə aparmayacam ki”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər