307
15:45, Bu gün

"Barselona" yeni transferi üçün "Əl-Hilal"la danışıqlara başladı - FOTO

"Barselona" portuqaliyalı müdafiəçi Juan Kanselunun tamhüquqlu transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə rəsmi danışıqlara start verib.
 
Moderator.az xəbər verir ki, 31 yaşlı futbolçu özü də karyerasını məhz Kataloniya klubunda davam etdirməkdə israrlıdır.
 
Qeyd edək ki, hazırda Kanselu "Barsa"nın heyətində "Əl-Hilal"dan icarə əsasında forma geyinir və onun mövcud müqaviləsi bu mövsümün sonunadək qüvvədədir.
 
Cari mövsüm ərzində Juan Kanselu klub səviyyəsində meydana çıxdığı 18 qarşılaşmada rəqib qapılarından 2 top keçirib və 6 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər