Moskvadakı Britaniya səfirliyində əcnəbi casus aşkarlandı - FOTO
207
13:26, Bu gün

Moskvadakı Britaniya səfirliyində əcnəbi casus aşkarlandı - FOTO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva səfirliyində britaniyalı casus aşkar ediblər.
 
Moderator.az bildirir ki, bu barədə "RİA Novosti" səfirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat verib.
 
"Səfirliyin ikinci katibi, 1 iyun 1996-cı il doğumlu Yans van Rensburq Albertus Cerardus kəşfiyyat-təxribatçı fəaliyyətlə məşğul olub. FTX müəyyən edib ki, o, Rusiyaya giriş üçün icazə əldə edilməsi zamanı qəsdən yalan məlumat təqdim edib. Məlum olub ki, britaniyalı artıq Rusiyanın təhlükəsizliyini təhdid edə biləcək həssas məlumatlar toplamaq üçün Rusiyanın iqtisadiyyat sahəsində ekspertləri ilə qeyri-rəsmi görüşlər keçirib", - deyə xəbərdə bildirilir.
 
Yans van Rensburq artıq akkreditasiyasından məhrum edilib və iki həftə ərzində Rusiyanı tərk etməlidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər