“Dəfndə iştirak etməyəcəm, amma biz çoxdan barışmışdıq, sadəcə aramızı vurmuşdular” - FOTO+ÖZƏL
1666
10:32, Bu gün

“Dəfndə iştirak etməyəcəm, amma biz çoxdan barışmışdıq, sadəcə aramızı vurmuşdular” - FOTO+ÖZƏL

“Çox təəssüf ki, Rasim Balayevlə vida mərasiminə qatıla bilmədim. Ağstafadayam, həm də səhhətim bir az yaxşı deyil. Amma ürəyim oradadır. Biz gənclik illərindən dost olmuşuq. Çox yaxın idik. Yeni-yeni rollar oynayanda o məni, mən də onu tərif edirdim. Rasim heç kimlə rəqabət aparmırdı. Rasimin öz yolu var idi. Azərbaycanda çox sevilən aktyorlardan biri idi. Əfsuslar olsun ki, rəhmətə getdi. Onun haqda ən gözəl sözlər deyə bilərəm”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib.
 
O daha sonra əlavə edib:
“O məni, mən də onu çox istəmişəm. Aramızda kiçik bir inciklik var idi. Amma bununla belə xətir-hörmət də qalmışdı. Ötən il Səməndər Rzayevin yubileyində görüşdük, yaxınlaşdıq, salamlaşdıq. Biz artıq orada bu incikliyə son qoymuşduq. Nə mən, nə də o bir-birimizin ünvanına mənfi sözlər işlətməmişik. Sadəcə olaraq bir az aramızı vurmuşdular. Mənə zəng edib ondan nəsə deyəndə özümdən çıxırdım. Adam gözləmədiyi şəxs haqda nəsə eşidəndə özündən çıxır. Sənətkarlara toxunmaq olmaz. Onların ürəyi şüşə kimidir. Allah Rasimə rəhmət etsin”.
 
Tariyel Qasımov “Azərbaycan Kinematoqrafçılar ittifaqına sədr olaraq kim layiqdir?” sualına belə cavab verib:
“Kimi məsləhət bilərlərsə, onu da qoyarlar. Mən bu işə qarışmıram. Birinin adını çəkərəm, o birisi inciyər. Sonra deyər ki, mənim adımı niyə çəkmirsən? Şəfiqə Məmmədova haqda isə ümumiyyətlə danışmaq istəmirəm”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər