Sentyabrda müharibə ola bilərmi? Paşinyan fəlakətli savaşdan danışır
177
14:30, Bu gün

Sentyabrda müharibə ola bilərmi? Paşinyan fəlakətli savaşdan danışır

"Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorik çıxışları daxili siyasətə yönəlib. O bir növ özünü sığortalamağa çalışır. Daxili auditoriyaya izah etməyə çalışır ki, ona səs verməsələr hakimiyyətə gələcək qüvvələr vəziyyəti daha da gərginləşdirə bilər".
 
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova Ermənistanda seçki öncəsi baş verən siyasi gərginlik fonunda səslənən fikirlərə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, Paşinyan eyni zamanda Qərb ölkələrinə və region dövlətlərinə mesaj verməyə çalışır ki, onun hakimiyyətdə qalması bölgədə sülhün formalaşmasına xidmət edəcək:
 
“Azərbaycanla Ermənistan arasında hazırkı sülh prosesində əldə edilən nəticələr fonunda Paşinyanın daha fəal iş aparması imkanları genişdir. Amma bütün bunların fonunda bölgə üçün açıq risklər, müharibə ehtimalları da heç də sıfıra bərabər deyil. Eskalasiya riskləri hələ də var. Sülh yoxdursa, müharibənin olması hər zaman labüddür”.
Politoloq hesab edir ki, ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilən razılaşma müharibə riskini azaldıb:
 
“Bütün bunların fonunda bölgədə fərqli proseslər yaşanır. Ona görə də Türkiyə, Rusiya, ABŞ və Qərb ölkələri Cənubi Qafqazda yeni bir müharibənin alovlanmasında maraqlı deyil. Azərbaycan üzərindən formalaşan xətlər bu bölgədə maraqlı olan ölkələr üçün vacib imkanlar vəd edir. Ona görə də bölgədə lokal xarakterli müharibənin olmasına qarşı yanaşmalar da birmənalıdır. Məhz bu kontekstdə Ermənistanda seçkilər fonunda Paşinyan komandasının uğur qazanması daha məqbuldur”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər