“Həsənağa Sadıqova görə rəhbərliyə ağız açıb, fəxri ad verdirdim, amma yaxşılığımı...” - FOTO+ÖZƏL
971
09:47, Bu gün

“Həsənağa Sadıqova görə rəhbərliyə ağız açıb, fəxri ad verdirdim, amma yaxşılığımı...” - FOTO+ÖZƏL

“Həsənağa Sadıqova görə rəhbərliyə ağız açdım, ona əməkdar artist adı verdirdim. Çünki Həsənağa sənətkar idi. Sənətinə görə etdim bu jesti. Skripka Səlim Abbasovu Zeynəb Xanlarovanın amsamblına mən gətirdim. Gərək insan həyatda yaxşılıq etsin. Yaxşılıq etməyi bacarmırsa pislik də etməsin. Yaxşılıqlarımı unudanlar da olub, unutmayanlar da. Unudanları da özləri bilsin, Allahları bilsin. Amma Həsənağa bu yaxşılığımı unutmadı”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Sadıq Zərbəliyev deyib.
O daha sonra sənətə gəldiyi ilk günlərdən də danışıb:
 
“Mən 1973-cü ildə Kürdəmirdən tatra maşınla, 12 manat pulla Bakıya gəlmişəm. Kirayədə qalmışam, çox əziyyətlər çəkmişəm. Sonra tanındım. Qoşanağara məni, mən də onu dünyaya tanıtdırdım. İndi ermənilər deyə bilməzlər ki, qoşanağara bizimdir. Aftandil İsrafilov, Zeynəb Xanlarova kimi sənətkarlarla birlikdə çalışmışam. Qoşanağaranı Azərbaycanda mən dəb saldım. Çünki nağara aləti tanınırdı, amma qoşanağara tanınmırdı. Zeynəb Xanlarovanın ansambılına gəlməsəydim bəlkə də dövlət başçımız məni görüb qiymətləndirməyəcəkdi. Bütün dünyanı gəzmişik. Elə bilirsiniz ki, mənə təklif gəlməyib ki, gəl bizim ölkədə fəaliyyət göstər. Mən heç birini qəbul etməmişəm”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər