TƏCİLİ hərəkətə keçin: 1 il davam edəcək – ŞAD XƏBƏR
282
10:05, Bu gün

TƏCİLİ hərəkətə keçin: 1 il davam edəcək – ŞAD XƏBƏR

Saturn və Pluton arasında sekstil bucaq (iki planet arasında yaranan və şans, müsbət enerji gətirən 60 dərəcəlik bucaq – red.) aktivləşməyə başlayıb. Sözügedən iki planetin hərəkəti yavaş və ağır olduğu üçün bu enerjinin təsiri təxminən 1 ilə qədər davam edə bilər.

Moderator.az xəbər verir ki, bu proqnozla məşhur astroloq Dinçer Güner çıxış edib.

“Saturn - sərhədləri, nizam-intizamı, məsuliyyəti və zamanı təmsil edir.

Cəsarətin dəyərlidir, amma düşünmədən hərəkət etmək olmaz. Əvvəlcə plan qur, enerjini boş yerə sərf etmə.

Pluton isə dərin transformasiyanın planetidir. O, sistemləri kökündən dəyişir.

Əgər əvvəllər nəyəsə başlamaqdan çəkinirdinsə, bu dövr sənə davamlılıq qazandıracaq. Bu zaman davamlı münasibətlər yaratmaq, həyatında sabitlik formalaşdırmaq üçün ideal fürsətdir. Artıq dayanmaq yox, hərəkət etmək zamanıdır.

Sənə zərər verən münasibətləri bitirə bilərsən. Hətta həyat tərzini dəyişərək daha sağlam seçimlər edə bilərsən.

Bu dövrdə yalnız sabahı deyil, 5–10 il sonranı düşünərək qərarlar verməlisən”, - astroloq bildirib. /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər