Rusiyada yaşayan soydaşlarımızla bağlı narahatlıq yaradan məsələ - VİDEO
428
17:16, Bu gün

Rusiyada yaşayan soydaşlarımızla bağlı narahatlıq yaradan məsələ - VİDEO

Rusiyada işçi qüvvəsi çatışmazlığı ölkənin məmur və iş adamlarını Şri-Lankadan əmək miqrantları gətirməyə vadar edib.

Baku TV-nin xəbərinə görə, Rusiyanın Şri-Lankadakı səfiri Levan Caqaryan Cənubi Asiya ölkəsindən işçilərin gəlişi barədə məlumat verib. O, Şri-Lankadan olan əmək mühacirlərinin ilk qruplarının artıq işə başladığını, lakin təşkilati çətinliklərlə üzləşdiyini deyib.

Diplomatın sözlərinə görə, Pskov bölgəsindəki miqrant işçilərə ödənişlər gecikməyə başlayıb. Caqaryan xəbərdarlıq edib ki, bu cür hallar, eləcə də işçilərin qeydiyyatı və dəstəyi ilə bağlı digər problemlər yaxın gələcəkdə şrilankalı işçi qüvvəsinin axınını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.


 

Daha əvvəl Şri-Lankanın Moskvadakı səfiri Şobini Qunasekera həm ixtisaslı, həm də ixtisassız işçiləri Rusiyaya göndərməyə hazır olduğunu bildirib.

Diplomat izah edib ki, Şri-Lanka əmək ixrac edən ölkədir və bir çox idxalçı ölkələr dayanıqlıq, uyğunlaşma, inteqrasiya və yüksək iş qabiliyyətinə görə şrilankalı mütəxəssisləri cəlb etmək istəyirlər.

Biznes statistikası da kadr çatışmazlığından xəbər verir. 300-dən çox Rusiya şirkəti arasında aparılan sorğuya görə, 37%-i artıq xarici işçiləri işə götürür, daha 43%-i isə onları boş iş yerləri üçün nəzərdən keçirməyə hazırdır. Lakin Ukraynadakı tammiqyaslı müharibədən əvvəl şirkətlərin yalnız 5%-i əcnəbiləri işə götürdüyünü, 23%-i isə onları cəlb etməyə hazır olduğunu bildirmişdi.

 

Link kopyalandı!
Son xəbərlər