Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ ilə İran arasında danışıqların başlanması beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Uzun müddət davam edən qarşıdurmalar və qarşılıqlı təzyiqlərdən sonra bu proses regionda sabitləşmə ehtimalını gündəmə gətirir. Lakin tərəflər arasında olan dərin etimadsızlıq və paralel güc mərkəzlərinin mövqeyi danışıqların taleyini qeyri-müəyyən saxlayır. Hazırkı vəziyyət göstərir ki, danışıqlardan çıxacaq nəticələr yalnız iki ölkəni deyil, bütün regionun güc balansını müəyyən edəcək.
Moderator.az mövzünü politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.
Politoliq qeyd edib ki, ABŞ və İran arasında danışıqlar prosesinin başlanması ilə bağlı artıq razılıq əldə olunub və tərəflər yaxın zamanda danışıqlara başlayacaqlar:
"İran tərəfindən müəyyən qədər təsdiqlər görürük. Düşünürəm ki, SEPAH-da danışıqlarda maraqlıdır. Çünki mövcud gərginlikdə infrastruktur zərər görür və münaqişə davam etdikcə itkilər artır. Gərginlik davam etsə SEPAH- ın taleyi də sual altında qalacaq. Əgər SEPAH danışıqlara getməsə, ABŞ və İsrail onun növbəti rəhbərlərini də aradan götürəcək.
ABŞ 15 təklif verib, İranın da təklifləri var. Tərəflər müəyyən məqamlarda razılığa gələ bilərlər. Lakin danışıqlar prosesi kifayət qədər həssasdır və istənilən anda pozula bilər. Xüsusilə, İsrail sabotaj edə bilər".
Məhəmməd Əsədullazədənin fikrincə, İran tərəfi nüvə silahından əl çəkəcək:
"Bu isə İranın beynəlxalq mövqeyinə ciddi təsir göstərə bilər və regionda balansı İranın maraqlarına uyğun dəyişə bilər. Çünki ABŞ- nın "A planı" reallaşmadı.
Onlar konkret olaraq İran rejimini sıradan çıxarmağı və hakimiyyət dəyişikliyini planlayırdılar. Lakin bu baş vermədi və hazırda SEPAH yerində qalır.
Əgər İran rejimi yerində qalarsa, çalışacaqlar ki, öz regional mövqelərini yenidən gücləndirsinlər və qonşu ölkələrə qarşı təzyiq siyasətini davam etdirsinlər. Ümumilikdə demək olar ki, bu qarşıdurmada nə ABŞ, nə də İran tam üstünlük əldə edə bilib. Tərəflər faktiki olaraq nisbi balans vəziyyətindədir və İranın kapitulyasiyaya məcbur edilməsi cəhdləri indiyədək nəticə verməyib".
Pərvin Şakirqızı