497
15:50, Bu gün

"500 dollar və xaricdə "istirahət": Rusiya avropalıları necə diversiyalara cəlb edir" - "Politico"

 
"Turizm" adı altında gizli düşərgələr və hibrid şəbəkə..."
 
Rusiya Avropa vətəndaşlarını diversiya fəaliyyətlərinə cəlb etmək üçün "aktiv istirahət: adı altında yeni üsullardan istifadə edir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Nəşr yazır ki, insanlara iki həftəlik ödənişli səfər və 300-500 dollar qazanc vəd edilir, əsas tapşırıqlar isə sonradan verilir. Bu şəxslər daha sonra Bosniya və Herseqovina və Serbiya ərazisindəki düşərgələrə aparılır.
Orada dron idarəetməsi, yandırıcı qurğular və etiraz aksiyaları zamanı taktiki davranış öyrədilir. Analitiklərə görə, bu sistem Avropada sabitliyi pozmaq məqsədi daşıyan daha geniş şəbəkənin tərkib hissəsidir.
 
Moldova xətti və seçki fonu
 
Moldova artıq bu fəaliyyətlərlə bağlı 80-dən çox şəxsi araşdırır, 20 nəfərə ittiham irəli sürülüb. Daxili işlər naziri Daniella Misail-Nikitin bildirib ki, əsasən rusdilli gənclər xüsusi təlimlərdən keçirilərək iğtişaş taktikalarına hazırlanır.
 
Bu proseslər 2024 seçkiləri ərəfəsində güclənib. Həmin dövrdə prezident Maia Sandu-nun qələbəsi fonunda iştirakçılara "ölkədə Ukraynadakı kimi müharibə başlayacağı" mesajı verildiyi qeyd olunur. Təlimçilərin bir hissəsinin "Vaqner qrupu" ilə əlaqəli olduğu bildirilir.
 
Avropaya yönələn hibrid təhdid
 
Mütəxəssislər hesab edir ki, bu fəaliyyətlər Rusiyanın Avropaya qarşı apardığı "hibrid müharibə"nin bir hissəsidir. 2022-ci ildən sonra Kreml diplomatlardan çox qeyri-rəsmi şəbəkələrə üstünlük verməyə başlayıb.
 
Eyni zamanda dezinformasiya kampaniyaları da güclənib, hətta bəzi dini strukturların belə bu prosesə cəlb edildiyi bildirilir. Ümumilikdə isə bu strategiya Rusiyanın Avropada təsir imkanlarını gizli yollarla genişləndirməyə çalışdığını göstərir.
Link kopyalandı!
Son xəbərlər