Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyədə azərbaycanlı sürücü qəza törədib.
Moderator.az xəbər verir ki, hadisə Samsun-Ordu yolunda qeydə alınıb. Azərbaycan dövlət qeydiyyat nişanlı TIR-ın hərəkət zamanı əyləc sistemi qəfil işləməyib. Nəticədə iri yük avtomobili 4 avtomobili əzib. Maşın yol kənarındakı elektrik dirəyinə çırpılaraq dayana bilib.
Qəza zamanı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /Lent.az/