Zərdabda avtomobil su kanalına AŞDI: ÖLƏNLƏR VAR - YENİLƏNİB + FOTO
341
11:10, Bu gün

Zərdabda avtomobil su kanalına AŞDI: ÖLƏNLƏR VAR - YENİLƏNİB + FOTO

Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, Əlvəd kənd ərazisində qeydə alınan qəzada dörd nəfər xəsarət alıb.
 
Avtomobilin kanala aşması nəticəsində Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova, Umud Mütəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Rasim Yaqub oğlu Nəsibov, Paket Kamran qız Nəsibova isə hadisə yerində həyatını itirib.
 
Faktla bağlı araşdırma aparılır.
 
10:12
 
Zərdabda yol-nəqliyyat hadisəsi olub, ölənlər və xəsarət alanlar var.
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, "Hyundai Santa Fe" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
 
İlkin məlumata görə, iki nəfər ölüb, üç yaralı var.
 
Fakt araşdırılır.
Link kopyalandı!
Son xəbərlər