21 yaşında I Fəxri Xiyabanda dəfn edilən Arif Hüseynzadə kimdir? - FOTO
173
16:07, Bu gün

21 yaşında I Fəxri Xiyabanda dəfn edilən Arif Hüseynzadə kimdir? - FOTO

Birinci Fəxri xiyabanda olarkən müxtəlif qəbir daşları arasında çox gənc bir insanın məzarına rast gəlmək insanı dərindən sarsıdır. Cəmi 21 il ömür yaşamış bu şəxsin məzar daşında “Azərbaycan Televiziyasının əməkdaşı” sözləri yazılıb. Bəs Xiyabanın ən gənc sakini kimdir?
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu məzar Azərbaycanın Milli Qəhrəmanı Arif Hüseynzadəyə məxsusdur.
 
Arif İsmayıl oğlu Hüseynzadə 23 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977-ci ildə Yasamal rayonu 20 nömrəli məktəb-liseyin birinci sinfinə daxil olub. Təhsil aldığı illərdə biliyi, bacarığı, nizam-intizamı, səmimiliyi, sakit və təmkinli davranışı ilə həmyaşıdlarından seçilib. 1987-ci ildə məktəbi bitirib, 1988–1990-cı illərdə hərbi xidmətdə olub.
 
1990-cı ildən Azərbaycan Dövlət Televiziyasında işıqçı vəzifəsində çalışmağa başlayıb.
 
Uşaqlıq və gənclik illərindən vətənpərvərliyi ilə seçilən Arif Hüseynzadə 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopterinin vurulması nəticəsində şəhid olub. O, Birinci Fəxri Xiyabanda dəfn edilib.
 
Hazırda Bakı şəhərində fəaliyyət göstərən 20 nömrəli məktəb-lisey onun adını daşıyır.
Link kopyalandı!
Son xəbərlər