Bizi sosial şəbəkələrdən izləyin:
Sosial şəbəkədə məşhurlaşan fitnes model, kouç Günay Arazova kişi həmkarlarına cavab verib. Fitneslə peşəkarcasına məşğul olan Günay xanım bildirib ki, bir çox idmançı və fitnesçilər onun sosial şəbəkədəki paylaşımlarını, etdiyi idman hərəkətlərini “həqiqətə uyğun olmayan” adlandırıblar.
Moderator.az-a açıqlama verən Günay Arazova bunları bildirib:
“21-ci əsrdə yaşadığımızı desək də, bəzi insanların düşüncəsi hələ də qaranlıq dövrlərdə qalıb. Tarix boyu belə olub, təkbaşına gücü çatmayanlar bir yerə toplaşıb bir nəfəri “linç” etməyə çalışıblar. Çünki insanla tək-tək üzləşmək cəsarət tələb edir. Sürü ilə hücum etmək isə sadəcə qorxunun başqa formasıdır. Güclü insanı sındırmaq üçün bir araya gələnlər əslində onun gücünü etiraf etmiş olurlar. Çünki fiziki olaraq yaxınlaşmaq mümkündür, amma düşüncə, ağıl və ruh gücü ilə üz-üzə qalmağa hər kəsin cəsarəti çatmır”.
Günay Arazova daha sonra reseptlərini səhv adlandıranlara “Mən kimyaçı deyiləm, subyektiv fikirlərə isə heç bir şəkildə cavab vermirəm” qısa cavabı ilə kifayətlənib.
Qeyd edək ki, Günay Arazova Gənclər və İdman Nazirliyinin 2025-ci ilin “Ən yaxşı sosial media fenomeni” mükafatına layiq görülüb. O bu mükafata onlayn və sosial sahədə konsultasiyalar apararaq, maraqlı kontentlər hazırlayaraq layiq olub.