Əməkdar müəllimdən Əliyə cavab: “Aşıqlar da o zaman muğamdan yox, dastandan oxusunlar” - FOTO+ÖZƏL
1032
12:19, Bu gün

Əməkdar müəllimdən Əliyə cavab: “Aşıqlar da o zaman muğamdan yox, dastandan oxusunlar” - FOTO+ÖZƏL

“Novruz bayramını evdə ailəmlə, nəvələrimlə birlikdə qeyd etdim. Başqa hara gedə bilərdim ki? Amerikaya getməyəcəm ki... İndiki halda heç xaricə getməyin mənası da yoxdur. Dost, tanış zəng edir, bayramı təbrik edir. Dərs dediyim sənətkarlardan zəng edib təbrik edənlər də oldu, zəng etməyənlər də. Bu münasibətdən incimirəm, amma deyirəm ki, bilsinlər, müəllimini yaddan çıxarmasınlar. Mən heç kimi yaddan çıxarmıram, amma tələbələrim olur ki, məni yada salmırlar. Biz onlara muğamla bərabər mədəniyyət də öyrətmişik axı. Müəllimi yada salmaq lazımdır”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar müəllim, tanınmış xanəndə Qəzənfər Abbasov deyib.
O daha sonra aşıq Əlinin xanəndələr haqda dediyi “aşıq mahnıları ifa etməsinlər” sözlərinə haqq qazandırıb:
 
“Bu Əlinin öz fikridir. Bir də görürsən ki, aşıq əlinə saz götürüb muğam oxuyur. Onlar da dastanlardan çalıb oxusunlar da. Əlinin haqqı var deməyə. Əgər Əli mənimlə bir məclisdə olsa, orada aşıq mahnısı oxumaram. Mən öz muğamımı, xalq mahnımı, təsnifimi oxuyaram. Əli bu sənəti layiqincə təbliğ edir. Bütün aşıqlara bunu əlbəttə ki, aid etmək olmaz. Bizim sənətimiz aşıq sənətindən doğub”, - deyə əməkdar müəllim bildirib.
Link kopyalandı!
Son xəbərlər