Sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu:Ölən və yaralılar var
879
10:28, Bu gün

Sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu:Ölən və yaralılar var

Nyu-York ştatının LaGuardia hava limanına eniş edən sərnişin təyyarəsi uçuş-enmə zolağında yanğınsöndürən maşınla toqquşub. 

Moderator.az xəbər verir ki, dəhşətli qəzada çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb və hava limanı təhlükəsizlik səbəbi ilə bağlanıb.

Məlumata görə, Monrealdan gələn CRJ-900 tipli regional sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında olan nəqliyyat vasitəsi ilə sürətlə toqquşub.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisədən sonra hava limanındakı bütün uçuşları müvəqqəti dayandırıb. Uçuşların qadağan edildiyi, vəziyyətin fövqəladə hal kimi qiymətləndirildiyi və yubanmanın uzadıla biləcəyi bildirilib.

Sosial mediada paylaşılan görüntülərdə toqquşmadan sonra təyyarənin burnunun ciddi şəkildə zədələndiyi görünür. Dəhşətli qəzada çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb.

Link kopyalandı!
Son xəbərlər