Bizi sosial şəbəkələrdən izləyin:
Son günlər sosial şəbəkələrdə azərbaycanlı məşhur bloqerlərin anaları ilə birlikdə etdirdikləri fotosessiyalar geniş marağa səbəb olub.
Moderator.az milli.az-a istinadla xəbər verir ki, paylaşılan görüntülərdə bloqerlərin anaları ilə səmimi və isti münasibətləri diqqət çəkib. Xüsusilə ana-bala arasındakı doğmalıq, gülərüz anlar və təbii pozlar izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Bəzi bloqerlər bu fotosessiyaların arxasında duran məqsədin ailə dəyərlərini ön plana çıxarmaq olduğunu bildiriblər.
İzləyicilər isə paylaşımlara çoxsaylı bəyəni və şərhlərlə reaksiya veriblər. Bir çox istifadəçi bu cür fotoların həm təsirli, həm də nümunəvi olduğunu qeyd edib. Digərləri isə anaların bu qədər aktiv və dəbli görünməsini xüsusi vurğulayıb.
Qeyd edək ki, son dövrlərdə məşhurların ailə üzvləri ilə birlikdə etdiyi paylaşımlar trendə çevrilib və bu cür səmimi görüntülər sosial mediada tez-tez gündəm olur.