Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - VİDEO
515
22 Mar 2026 | 23:17

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - VİDEO

Azərbaycan Prezidentinin ailəsi barədə yalan məlumatlar yayaraq şantaj edən şəxsin adı açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumat “Real TV”də yayımlanan “Milli namus məsələsi” sənədli filmində əksini tapıb.

Sənədli materialda bildirilib ki, bu, Salmanov Fərid İlqar oğludur. O, 2003-cü ildən Bakıda yaşayıb, jurnalist kimi “Ayna”, “Zerkalo” və “Bizim əsr” qəzetlərində çalışıb.

İstintaqa gəlincə, qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalarla Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Salmanov Fərid İlqar oğlunun digər şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslər barədə qəsdən yalan, rüsvayedici məlumatlar yayma hədəsi ilə, xüsusən külli miqdarda pul vəsaiti tələb etməsinə əsaslı şübhələr yaranıb.

Belə ki, Fərid Salmanov Aərbaycan vətəndaşları Əliyev Elman Yaqub oğlu, Səlimov Məmmədzəki Məmməd oğlu və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabqacadan əlbir olan bir qrup şəxs halında xüsən küllli miqdarda pul vəsaitinin Azərbaycan Prezidentinin ailə üzvləri barədə yalan məlumatlar yayma hədəsi ilə tələb etmək məqsədilə, əvvəlcədən əldə olunjuş razılığa əsasən, feysbuk sosial şəbəkəsində Fərid Salmanov adı altında qeydiyyatdan keçdiyi istifadəçi hesabı vasitəsilə 11 fevral 2026-cı ildə həmin sosial şəbəkədə Hüseynov Mehman Rafiq oğluna məxsus “Sancaq media” səhifəsinin müsaj bölməsinə səsli mesajlar göndərməklə bu səhifədə, habelə Mehman Hüseynov tərəfindən yutub sosial şəbəkəsində Məmmədov Qabil Əmrah oğlu tərəfindən idarə olunan “Haqsızlığa susma” adlı səhifədə 3 fevral 2026-cı ildə hissəvi nümayiş etdirilmiş, guya Alena Əliyevayaya aid görüntünü özündə əks etdirən saxta videomaterialların istifadə edilməsi ilə bağlı əlaqə saxlayıb.

Daha ətraflı videomaterialda:

Link kopyalandı!
Son xəbərlər