Bəy toyu günü döyüşə aparıldı
2311
22 Mar 2026 | 00:07

Bəy toyu günü döyüşə aparıldı

Odessada təntənəli nikah mərasimi gözlənilmədən uğursuzluqla nəticələnib - tədbirin tən ortasında bəy hərbi komissarlığın nümayəndələri tərəfindən aparılıb. 

Moderator.az xəbər verir ki, bu hadisə Ukrayna mediasında geniş rezonans doğurub və hadisə yerindən videogörüntülər də yayılıb.

Ərazi komplektləşdirmə mərkəzinin əməkdaşları bəyi apardıqları üçün şənlik ləğv edilib. Paylaşılan kadrlarda yeni evlənənlər üçün hazırlanmış bəzəkli masalar və bayram tərtibatı görünür. Kadr arxasındakı qadın səsi isə bəy artıq burada olmadığına görə təşkilatçıların hazırlanan hər şeyi yığışdırmalı olduğunu deyir.

 

(publika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər