Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO
141
15:25, Bu gün

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyənin Ordu vilayətinin Ünye rayonunda sahildə pilotsuz sualtı aparat tapılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
 
Bildirilir ki, sakinlər sahildə bir əşya görüb, bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Əraziyə dərhal jandarma qrupları göndərilib.
 
İlkin araşdırmalar zamanı bunun pilotsuz sualtı aparat olduğu bəlli olub.
 
Jandarma qrupları tərəfindən təhlükəsizlik tədbirləri görülüb və ərazidə təhlükəsizlik kordonu qurulub.
 
Ətraflı araşdırmadan sonra aparatın sahildən təxminən iki mil məsafədə məhv ediləcəyi açıqlanıb.
Link kopyalandı!
Son xəbərlər