Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO
203
09:19, Bu gün

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Türkiyənin Muğla bölgəsinin Bodrum şəhərində lövbər salan bir yaxtada yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.
 
Məlumata görə, güclü küləyin təsiri ilə yanğın yaxınlıqdakı dörd yaxtaya da keçib.
 
Yanğınsöndürmə qüvvələri dəyəri milyonlarla dollar məbləğində olan yaxtalarda alovları söndürmək üçün həm qurudan, həm də dənizdən səylər göstərirlər.
 
Güclü külək alovun qarşısının alınmasında çətinliklər yaradır.
Link kopyalandı!
Son xəbərlər