Şuşada möhtəşəm “Novruz” şənlikləri təşkil edilib - FOTO
257
14:33, Bu gün

Şuşada möhtəşəm “Novruz” şənlikləri təşkil edilib - FOTO

Azərbaycan xalqının tarixində, mədəniyyətində, adət-ənənələrində özünəməxsus yeri olan “Novruz” bayramı 19 mart tarixində Şuşa şəhərində yüksək təntənə ilə qeyd edilib.
 
Moderator.az xəbər verir ki, "Şuşa Baharı" adlı bayram tədbiri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə təşkil edilib.
 
Bayram tədbirlərində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər.
 
Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təşkil edilən tədbirdə şagirdlərin hazırladıqları maraqlı kompozisiyalar, şeirlər, musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.
 
“Güllü bağ”da bayram yarmarkasında Şuşa sakinləri tərəfindən dadlı və ləzzətli təamlar, “Novruz “ şirniyyatları, əl işləri təqdim edilib.
 
“Şuşa Baharı’ adlı konsert proqramında istedadlı Şuşa sakinlərinin, məktəblilərin ifasında mahnı və rəqslər hər kəsin marağına səbəb olub.
 
Respublikanın Xalq artistl Nazpəri Dostəliyevanın və müğənnilər Azad Şabanovun, Namiq Qasımovun ifaları böyük rəğbətlə qarşılanıb.
 
Link kopyalandı!
Son xəbərlər