“Kartof, soğan soyan da mahnı oxuyur, mən o bayağı müğənnilərdən qorxuram ki...” - FOTO+ÖZƏL
701
14:30, Bu gün

“Kartof, soğan soyan da mahnı oxuyur, mən o bayağı müğənnilərdən qorxuram ki...” - FOTO+ÖZƏL

“Musiqiçi olmaq üçün musiqiçi doğulmaq lazımdır. Bu günki ifaçıların əksəriyyəti musiqi üçün doğulmayıb. O bayağı ifaçıların ilk səhnəsi mətbəx olub. Bir də görürsən ki, kartof, soğan soyan yerdə, hamamda nəsə oxumağa başlayırlar. Hamı da onlara deyir ki, yaxşı oxuyursan, əladır. Beləliklə də müğənni olurlar. Onları da qızışdıran ətrafındakı “musiqini bilən” insanlardır”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı bildirib.
 
O daha sonra əlavə edib:
“Mən o bayağı ifaçılardan qaçıram, qorxuram. Biri var ki, sən konservatoriyada oxumusan, biri də var sənin səhnən mətbəx olub. Mən o insanlara necə baş qoşum? Not bilməyən müğənnilərə mən nə söz deyə bilərəm ki? Onlar axı məni başa düşməyəcəklər. Çox müğənni var ki, heç musiqini başa düşmür. Kimsə ifa edəndə yalandan gözlərini bağlayıb deyir ki, “vay-vay, nə gözəl oxuyursan. Halbuki heç nə başa düşmürlər”, - deyə müğənni bildirib.
 
Xalq artisti efirlərdəki islahatlardan da danışıb:
 
“Rakkada-çıkkada” ifalar və ifaçılar efiri zəbt etmişdi. Mən bilirdim ki, bu “rakkada-çıkkada”-nın axırı yoxdur. Yaxşı ki, efirlərdən yığışdırdılar. Onsuz da məhv olmuş mədəniyyətimiz, musiqimiz bir az da həmin müğənnilərin vasitəsilə məhvə doğru gedirdi”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər