Donald Tramp İranı Cənubi Pars qaz yatağını məhv etməklə hədələdi - FOTO
200
09:37, Bu gün

Donald Tramp İranı Cənubi Pars qaz yatağını məhv etməklə hədələdi - FOTO

ABŞ Prezidenti Donald Tramp İranı Qətərə hücum edərsə, Cənubi Parsı məhv etməklə hədələyib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidenti "Truth Social" hesabında yazıb.
 
"Bu halda (əgər İran Qətərə hücum edərsə - red.), ABŞ İsrailin köməyi və razılığı ilə və ya olmadan bütün Cənubi Pars qaz yatağını kütləvi şəkildə partladacaq", - deyə Ağ Ev lideri bildirib.
 
Bundan əlavə D.Tramp Ağ Evin İsrailin Cənubi Pars yatağına hücum planlarından xəbərsiz olduğunu etiraf edib. O, İsrailin artıq Cənubi Parsı vurmayacağına söz verib.
 
"ABŞ bu hücum barədə heç nə bilmirdi və Qətər heç bir şəkildə bu hücumda iştirak etmirdi, onun baş verəcəyindən xəbəri belə yox idi", - deyə paylaşımda qeyd olunub.
 
ABŞ lideri hesab edir ki, yəhudi dövləti hücumu Yaxın Şərqdə baş verənlərə qarşı qəzəbdən həyata keçirib. ABŞ prezidentinin sözlərinə görə, yatağın obyektlərinin yalnız kiçik bir hissəsi zədələnib. Vaşinqton Administrasiyasının yüksəkvəzifəli rəsmisi vurğulayıb ki, İran tamamilə günahsız bir tərəfə - Qətərə hücum etmək barədə ağılsız qərar verməsə, İsrail çox vacib və dəyərli Cənubi Pars qaz yatağına hücum etməyəcək.
Xatırladaq ki, martın 18-də İranın Buşehr əyalətindəki Əsəlluyə rayonunun qubernatoru İsrail və ABŞ-nin hücumu nəticəsində Cənubi Pars yatağındakı bir neçə obyektdə yanğın baş verdiyini bildirib. Buna cavab olaraq SEPAH yaxın gələcəkdə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum etmək niyyətində olduğunu açıqlayıb.
 
Link kopyalandı!
Son xəbərlər