Koroğluda avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürdü - FOTO
154
08:29, Bu gün

Koroğluda avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürdü - FOTO

Heydər Əliyev prospekti ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
 
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Hadisə yerinə dərhal dövlət yol polisi əməkdaşları cəlb olunub.
 
Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər