ABŞ-da aparılan araşdırmalara görə, süni intellekt tərəfindən təhdid edilən peşələrdə çalışanların 86%-i qadınlardır.
Moderator.az xəbər verir ki, “Washington Post“ qəzetində dərc olunan məlumata görə, GovAI beyin mərkəzləri və Brookings İnstitutunun tədqiqatçıları süni intellekt texnologiyalarının inkişafının müxtəlif peşəkar qruplara nə dərəcədə təsir etdiyini araşdıran tədqiqat aparıblar.
Tədqiqat göstərir ki, ABŞ-da süni intellektdən risk altında olan işlərdə çalışanların 86%-i qadınlardır və bu da avtomatlaşdırmanın mənfi təsirlərinin cəmiyyət arasında bərabər paylanmadığını göstərir.
Tədqiqata görə, işçilərin 77%-nin qadın olduğu tərcüməçi peşəsinin süni intellekt tərəfindən təhdid edilmə ehtimalının çox yüksək olduğu aşkar edilib.
Müdür köməkçilərinin 95%-nin qadın olması, onların işlərinin süni intellekt tərəfindən təhlükə altına düşmə ehtimalının yüksək olduğu qiymətləndirilib.
Digər tərəfdən, 78%-i qadın olan stüardessalar və 88%-i qadın olan köməkçi tibb bacılarının süni intellekt tərəfindən işlərinin təhlükə altına düşmə ehtimalı aşağı olaraq qiymətləndirilib.