Bizi sosial şəbəkələrdən izləyin:
“Bayram ab-havasında deyilik. Aygündən sonra heç bayram etmirik. Bayramlarımız Aygünsüz keçməzdi. Birlikdə yığışardıq, deyib-gülərdik, danışardıq.. Aygünün yeri çox görünür. Mənim ən çox qapımı Aygün döyürdü. Mən Aygündən sonra yetim qaldım. Çünki anamdan, atamdan sonra onu böyük bilirdim. Allah ona qəni-qəni rəhmət etsin”.
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Aygün Bəylərin bacısı Zümrüd Hümmətova deyib.
O daha sonra əlavə edib:
“Bu gün efirlərimizdə aparılan islahatlar Azərbaycan mədəniyyətinə, incəsənətinə də müsbət təsirlərini göstərəcək. O gün bir efirdə idim, çox səviyyəli veriliş idi. Öz-özümə dedim ki, heyf Aygün, bu günləri görmədin. Aygün də çox istəyirdi ki, efirləri belə görsün. Sənətkarlar efirdə olmalıdır. Bu Aygünün ən böyük arzusu idi. Musiqiyə, Aygünə dəyər vermirdilər deyə o da incimişdi. İnanıram ki, Aygünün ruhu şaddır. O sənəti ilə sözünü deyirdi.. Azərbaycan musiqi tarixində elə bir sənətkar yoxdur ki, ölümü ilə də yadda qalsın. Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova kimi Aygün də adını tarixə yazdıra bildi. O həm imici, həm dəsti-xətti, həm də xarakteri ilə iz qoydu. Dünyasını dəyişən sənətkarların da bu gün ruhu şaddır ki, efirlər təmizlənib” deyə o bildirib.