765
15:25, Bu gün

"Tramp NATO-nu tənqid edir, Avropa isə İrana görə ABŞ-la məsafə saxlayır" - Ukrayna KİV-ləri

 
"Yaxın Şərqdə müharibə fonunda Qərbdə fikir ayrılıqları dərinləşir və Ukrayna məsələsi ön plana çıxır..."
 
ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin İrana qarşı əməliyyata qoşulmamaq qərarını tənqid edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri yazıb.
 
Trampın NATO-ya sərt ittihamları
 
Trampın sözlərinə görə, müttəfiqlərin çoxu bu müharibədə iştirak etmək istəmir, baxmayaraq ki, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məsələsində ortaq mövqe var. Tramp NATO-nu "birtərəfli təşkilat" adlandıraraq bildirib ki, ABŞ müttəfiqlərini qoruyur, amma eyni qarşılığı görmür.
 
O, həmçinin İrana qarşı əməliyyatın uğurlu olduğunu və Vaşinqtonun artıq kənar dəstəyə ehtiyac duymadığını vurğulayıb. Fransa prezidenti Emmanuel Makron və Finlandiya XİN rəhbəri Elina Valtonen isə ölkələrinin bu müharibəyə qoşulmayacağını açıqlayıb.
 
Avropanın mövqeyi və diplomatik axtarışlar
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas ABŞ və İsraili Avropa ilə məsləhətləşmədən hərəkət etməkdə ittiham edib. O bildirib ki, Avropa münaqişənin diplomatik həlli üçün region ölkələri ilə danışıqlar aparır və müharibənin nəzarətdən çıxmasından narahatdır. İranın İranın Hörmüz boğazı üzərində nəzarəti gücləndirməsi enerji bazarına təsir göstərsə də, Avropa hərbi müdaxilədən çəkinərək siyasi həll variantlarına üstünlük verir.
 
Ukrayna amili və mümkün razılaşma
Finlandiya prezidenti Aleksander Stubb Avropa ilə ABŞ arasında mümkün razılaşma ideyasını irəli sürüb. Onun fikrincə, Avropa Ormuzun təhlükəsizliyinə dəstək verə bilər, əvəzində ABŞ Ukraynaya daha güclü yardım etməlidir. Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, ABŞ-ın diqqətinin Yaxın Şərqə yönəlməsi sülh danışıqlarını gecikdirir. Bu isə Ukrayna üçün əlavə risklər yaradır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər