Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı - FOTO
202
15 Mar 2026 | 22:07

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı - FOTO

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə məğlub edib.
 
Bu, Avropa çempionatında Azərbaycanın 5-ci bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı (55 kq) da bürünc medal sahibi olublar.
 
Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər