Xaçmaz-Quba yolunda qəza tıxac yaratdı - FOTOLAR
189
18:31, Bu gün

Xaçmaz-Quba yolunda qəza tıxac yaratdı - FOTOLAR

Xaçmaz-Quba yolunda "KamAz" markalı yük maşını ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.
 
Moderator.az xəbər verir ki, hadisə yolun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hadisə yolun ensiz hissəsində baş verdiyinindən digər nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə yolda uzun tıxac yaranıb.
 
Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb və nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Link kopyalandı!
Son xəbərlər