“Gözümü açandan valideynlərimi çəkilişlərdə görürdüm, məni bu sənətə məcbur etməyiblər...” - FOTOLAR
521
17:57, Bu gün

“Gözümü açandan valideynlərimi çəkilişlərdə görürdüm, məni bu sənətə məcbur etməyiblər...” - FOTOLAR

“Hal-hazırda ikinci kursda oxuyuram. Aktyor ixtisası üzrə təhsil aldığım üçün hədəflərim də daha çox bu sahədə uğurlar əldə etməkdir. Serial, film, teatr və reklam sektorunda olmaq istəyirəm. Əlbəttə ki, bunun üçün öncə yaxşı təhsil almaq lazımdır. Bu sənətə gələndə kino sahəsini sevib gəlmişəm. Ona görə də daha çox kinoaktrisası olmaq istəyirəm. Amma həyatın işini bilmək olmaz. Bir də gördünüz 4-cü kursda teatr aktrisası olmaq istədim. Bunu indidən bilmək olmur. Biz aktyor sənətindən imtahan verəndə kiçik və böyük səhnələrdə tamaşalar da göstəririk. Ola bilər zamanla fikrim dəyişsin. Amma kino mənim üçün başqadır”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyevanın qızı Banu Əlibəyli bildirib.
O daha sonra əlavə edib:
 
“İstər-istəməz ailənin insana bir qatqısı olur. Gözümü açıb atamı da, anamı da hər zaman çəkilişlərdə, işdə-gücdə görmüşəm. Şəxsən mən “Üç bacı” serialına baxıb böyümüşəm. Ora çəkilişə getməyi, tanınmağı, seçilməyi hər zaman sevmişəm. Mənə xoş gəlirdi. Heç kim mənə deməyib ki, mütləq sən aktyorluğa getməlisən. Mənə seçim haqqı veriblər. Hətta bir ara istəyirdim psixologiya sahəsinə gedim. Amma mən səhnəni, aparıcılığı çox sevirdim. İndi də sevirəm. İnsanları müşahidə etməyi sevirəm. Ailənin qatqısı olsa belə əsas içindəki istedaddır. Mən hələ ki, inkişaf mərhələsindəyəm. Özümə peşəkar aktrisa deyə bilmərəm. Əsas məqsədim tədrisdir. Keçənilki mənlə bugünki mən arasında yerlə-göy qədər fərq var. Nə qədər də ailə kömək etsə, sən onu istəmirsənsə, yaxud da istəsən də içində heç nə yoxdursa, bu boşuna gedir. İnsan ancaq özünü üzərində işləməklə inkişaf etdirə bilər”, - deyə sənətkarın övladı bildirib.
Link kopyalandı!
Son xəbərlər