“Arif Babayev həmişə Elçin Cəlilovun pis yola düşdüyünə görə təəssüflənirdi...” - FOTO+ÖZƏL
356
17:34, Bu gün

“Arif Babayev həmişə Elçin Cəlilovun pis yola düşdüyünə görə təəssüflənirdi...” - FOTO+ÖZƏL

“Müəyyən kriteriyalar var ki, efirlərdə buna əməl etmək lazımdır. Ailə-məişət, toy mövzularını, toyda oxuduğun ifaları efirə gətirmək olmaz. Toyda hamımız hər şey oxuyuruq. Amma onları efirə gətirmirik axı. Efirlərimizdəki islahatlara sevinirik, amma o ifaçıları da silib atmaq olmaz. Hamımız bu vətənin övladlarıyıq. Elələri var ki, yaxşı ifaçılardır. Bunu dana bilmərəm. Sadəcə onlara müəyyən sərhədlər və qadağalar qoymaq lazımdır. Bədənlərini, özlərini nümayiş  etdirməsinlər, ancaq sənətlərini təbliğ etsinlər. O əndrabadi geyimləri atsınlar kənara, özlərinə gözəl paltarlar tikdirsinlər. İmzası olan, tanınan bəstəkarlarla işləsinlər. İnanıram ki, bu islahatlar və efirsizlik onlara sözün yaxşı mənasında bir dərs olacaq”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva bildirib.
O daha sonra İntiqam Kərimovun mərhum sənətkar Arif Babayevin ünvanına dediyi ifadələrə də aydınlıq gətirib:
 
“İntiqam müəllimə böyük hörmətim var. Həm böyük sənətkardır, həm də pedaqoq. Ola bilsin ki, o dövrdə nəsə anlaşılmazlıq olub, nəsə səhv başa düşüb. Arif Babayev heç bir tələbəsi haqda xoşagəlməz ifadələr işlətməyib. Özü də Elçin Cəlilov haqda. Əksinə Arif müəllim hər zaman Elçinə görə təəssüflənirdi.. Pis yola düşdüyünə görə danışıb, dərindən bir ah çəkirdi. Deyirdi ki, “o səs sənin səsin deyil, o xalqın səsidir”. Bu barədə danışırdı. O deməyib ki, “bilsəydim Elçin yaxşı oxuyur, onu qəbul etməzdim”. Arif Babayevin əlində nə imkan var idi ki, Elçini qəbul etməsin?! Elçin musiqi məktəbini bitirəndə mən yeni qəbul olmuşdum. Elçinin vaxtında oxuyan sənətkarlar da var. Yaxşı olardı ki, çıxıb özləri danışsınlar ki, onların müəllim-tələbə münasibətləri necə olub? Arif müəllim heç vaxt Elçinin sənətinə laqeyd olmayıb”, -  deyə əməkdar artist bildirib.
Link kopyalandı!
Son xəbərlər