“İlbər Ortaylı Zeynəb Xanlarova ilə qarşılaşanda sevindi” - FOTO
219
17:27, Bu gün

“İlbər Ortaylı Zeynəb Xanlarova ilə qarşılaşanda sevindi” - FOTO

Xalq artisti Zeynəb Xanlarovanın səhifəsində professor İlbər Ortaylı ilə bağlı paylaşım edilib.
 
Sənətkarın mərhumla fotosu paylaşılaraq bunlar yazılıb:
 
“Ötən ilin sentyabr ayı. İstanbul hava limanı. İlbər Ortaylı Zeynəb Xanlarova ilə qarşılaşanda səmimi şəkildə sevindi. Gözəl bir təsadüf, unudulmaz bir görüş... İlbər bəy söhbət zamanı 1970-ci illərin Türkiyəsində Zeynəb xanımın adının bir əfsanə kimi dolaşdığını xatırlatdı. Xüsusilə də onun İstanbul Açık Hava Tiyatrosu səhnəsində verdiyi konsertin necə böyük coşğu və sevgi ilə qarşılandığını qeyd etdi. O illərin tamaşaçılarının Zeynəb xanımı böyük rəğbətlə qarşıladığını vurğuladı. Bu gözlənilməz görüşdən çox xoşbəxt olduğunu da səmimi şəkildə dilə gətirdi. Türk dünyasının böyük dəyərlərindən biri olan İlbər Ortaylının yeri hər zaman görünəcək. Ruhu şad olsun”.  (Olay)
Link kopyalandı!
Son xəbərlər