İrandan bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundu - FOTOLAR
509
18:36, Bu gün

İrandan bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundu - FOTOLAR

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
 
Moderator.az xəbər verir ki, bu dəfə İrandan 13 nəfər Rusiya, 1 nəfər Qazaxıstan və 4 nəfər Çin vətəndaşı Azərbaycan ərazisinə təxliyə olunub.
 
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
 
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
 
15:25
 
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu gün saat 09:00-dan 14:00-dək olan müddətdə Çin (1 nəfər) və Azərbaycan (5 nəfər) vətəndaşları sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olublar.
 
Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub.
 
Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.
 
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
 
Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
 
Link kopyalandı!
Son xəbərlər