266
16:35, Bu gün

"907-ci düzəlişin ləğvi ilə bağlı konqresdə mühüm görüşlər keçirdik"

"Ötən gün Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci illə bağlı hesabatını dinlədik. Bir daha əyani şəkildə Azərbaycan rəhbərliyi tərəfindən müdrik siyasətin həyata keçirildiyinin şahidi olduq".

Moderator.az xəbər verir ki, bu sözləri teleqraf-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Ötən gecə ABŞ-dən dönmüşəm, konqresdə müəyyən görüşlər keçirmişik. Məlum, 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsini irəli sürən ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna ilə görüşüb söhbət etmişik. Bundan başqa Azərbaycan-Amerika Ticarət Palatasının 30 illiyinə həsr edilmiş böyük konfransa qatıldıq. Bu isə onu göstərir ki, hazırda Azərbaycan-Amerika münasibətləri tarixində olmayan mərhələyə yüksəlib”, - o qeyd edib.

Səməd Seyidov bildirib ki, iki ölkə arasında əldə edilən strateji xartiyaya əsasən, ABŞ Dövlət Departamenti, nazirlər, senatorlar, bu ölkənin həlledici insanları, düşünən beyinləri Azərbaycanın nə dərəcədə əhəmiyyətli olduğunu, onun strateji əhəmiyyət daşıdığını vurğulayırdılar:

“Söhbət yalnız Azərbaycanın coğrafiyasından deyil, onun apardığı siyasətdən gedir. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etməklə yanaşı qonşularla apardığı siyasət unikal məsələdir. ABŞ ilə strateji əməkdaşlıq edib, Çinlə yüksək səviyyədə əlaqələr qurmaq qonşuları ilə sülh siyasəti aparmaq vacib məsələdir. Ona görə də Azərbaycanın apardığı siyasət nümunədir. Bizlər bunu gündəlik şəkildə görürük. Məhz bu siyasətin dünya tərəfindən qəbul edilməsi Prezident İlham Əliyevin müdrikliyi, cəsarəti, uzaqgörənliyi əsasında olan məsələlərdir”.

Link kopyalandı!
Son xəbərlər