303
15:53, Bu gün

"Shahed" qorxusu Ukrayna texnologiyalarını dünya hitinə çevirir" - "Forbes"

 
"Yaxın Şərq ölkələri Ukraynanın anti-dron texnologiyalarına böyük maraq göstərir..."
 
Ukraynanın döyüş şəraitində sınaqdan çıxmış anti-dron sistemləri indi dünyanın diqqət mərkəzinə düşüb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Dron müharibəsinin təcrübəsi Kiyevi yeni texnoloji liderə çevirir
 
İran istehsalı olan "Shahed" tipli kamikadze pilotsuz aparatlarla uzun müddət mübarizə aparan Ukrayna bu sahədə böyük təcrübə toplayıb və nəticədə dronların aşkarlanması, idarə olunması və məhv edilməsi üçün kompleks texnologiyalar hazırlayıb. 
 
Ekspertlərin fikrincə, Ukraynanın üstünlüyü yalnız silahların özündə deyil, həm də erkən xəbərdarlıq şəbəkələri, proqram təminatı və təcrübəli operatorlardan ibarət bütöv müdafiə sistemindədir.
 
Ucuz və effektiv texnologiya dünya ölkələrinin diqqətini çəkir
 
Ukrayna sistemlərinin əsas üstünlüklərindən biri onların nisbətən ucuz olmasıdır. Məsələn, Ukraynada hazırlanan uzaqmənzilli zərbə dronunun qiyməti təxminən 200 min dollar təşkil edir, halbuki Qərbin bəzi analoji sistemləri 5-10 milyon dollara qədər başa gələ bilər.
 
Ucuz interseptor dronlar sürü halında hücum edən pilotsuz aparatları böyük maliyyə xərci olmadan məhv etməyə imkan verir. Məhz buna görə Fars körfəzi ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ Ukrayna texnologiyalarına böyük maraq göstərir və artıq ukraynalı mütəxəssislərin regionda dron hücumlarına qarşı müdafiə üzrə təlimlər keçdiyi bildirilir.
 
Ukrayna texnologiyalarına neft nəhəngləri də maraq göstərir
"The Wall Street Journal" nəşrinin məlumatına görə, dünyanın ən böyük enerji şirkətlərindən biri olan "Saudi Aramco" Ukrayna istehsalı zenit dronlarını almaq üçün danışıqlar aparır. Şirkət bu texnologiyalardan neft yataqlarını "Shahed" tipli hücum dronlarından qorumaq məqsədilə istifadə etməyi planlaşdırır.
 
Bildirilir ki, "Aramco" Ukraynanın "SkyFall" və "Wild Hornets" kimi istehsalçıları ilə birbaşa əlaqə saxlayır və radioelektron mübarizə sistemlərinin alınması da müzakirə olunur. Analitiklərin fikrincə, müharibə şəraitində formalaşmış bu texnologiyalar Ukraynanı təkcə hərbi yardım alan ölkə deyil, həm də dronlara qarşı mübarizə sahəsində yeni ixracatçı və innovator kimi təqdim edir.
Link kopyalandı!
Son xəbərlər