Ukraynanı təmsil edən azərbaycanlı xanım güləşçi Avropa çempionu oldu - FOTO
193
15:41, Bu gün

Ukraynanı təmsil edən azərbaycanlı xanım güləşçi Avropa çempionu oldu - FOTO

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Aida Kərimova Avropa çempionu olub.
 
O, Serbiyanın Zrenjanin şəhərində güləş üzrə gənclər arasında (U-23) qitə çempionatında qızıl medal qazanıb. 
 
Aida Kərimova həlledici görüşdə Rusiyanı təmsil edən Aleksandra Kopılovaya qalib gəlib.
 
Qeyd edək ki, Kərimova 2024-cü ildə də U-20-lərin yarışında Avropa çempionu olub. O, 2025-ci ildə U-23-lərin Avropa çempionatında isə ikinci yeri tutmuşdu.
Link kopyalandı!
Son xəbərlər